Sumqayıtda dəniz sahilində 6 aylıq uşaq meyiti tapıldı - FOTO

31 Mart 2024 13:34

Sumqayıtda dəniz sahilində 6 aylıq uşaq meyiti tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, meyit Zeynalabdin Tağıyev adına qəsəbədə dəniz sahilində aşkarlanıb.

Meyitin 6 aylıq uşağa aid olduğu bildirilir, lakin onun əraziyə hansı şəraitdə və kim tərəfindən atıldığı məlum deyil.

Fakt araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun