“Ermənistan tərəfi məzar yerləri barədə məlumatları gizlədir”

31 Mart 2024 13:32

Bu gün Xocalı rayonunun Qaladərəsi adlanan ərazisində tapılmış məzar yerinə mütəxəssislər və aidiyyəti dövlət qurumları ilə birgə baxış keçiriləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

E.Səmədov bildirib ki, mütəxəsislər tərəfindən ərazinin ilkin dəyərləndirilməsi aparılacaq.

Qurum rəsmisinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə çoxsaylı məzar yerlərinin olması barədə Komissiyada məlumat var.

Lakin Ermənistan tərəfi məzar yerləri barədə məlumatları gizlədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun