Kiloqramı 500 manata tsatılan alça kəskin ucuzlaşdı - VİDEO

31 Mart 2024 10:47

Bazarlarda bir-iki həftə əvvəl bir kiloqramı 400-500 manata təklif olunan alça indi 100 manata satılır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, mart ayının əvvəllərində bazarlarda kilosu 500 manata satılan alçaların qiyməti enib.

Satıcılar bildiriblər ki, qiymətin enməsinə səbəb mövsümün yaxınlaşmasıdır. Onların sözlərinə görə, alça üçün müraciət edən alıcıların sayı kifayət qədər çoxdur.

Əksər alıcılar isə bu məhsulu almaq üçün mövsümü gözlədiklərini bildiriblər.

Ətraflı süjetdə:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun