Alimlərdən Marsla bağlı inanılmaz kəşf

1 Aprel 2024 01:01

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) alimləri müəyyən ediblər ki, Mars dərhal susuzlaşmayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, planetdə zamanla rütubət və quraqlıq dövrləri bir-birini əvəz edib.

Bu barədə Kosmik Agentliyin rəsmi saytında məlumat verilib.

Tədqiqatçıların qənaətləri "Curiosity" roverinin əldə etdiyi yeni məlumatlara əsaslanır.

Qurğunun süxurların tərkibi haqqında ötürdüyü məlumatda suyun buxarlanması zamanı tez-tez əmələ gələn sulfatlarla, duzlu minerallarla zəngin təbəqə aşkarlanıb.

Bu isə o deməkdir ki, Marsın bu bölgəsini bir neçə dəfə su basıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun