Bu gün İtaliya A Seriyasında 5 oyun baş tutub.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Yuventus"un qələbəsiz oyunlar seriyası 4-ə yüksəlib.
"Qoca Sinyora" səfərdə "Latsio"ya 0:1 hesabı ilə uduzub. İqor Tudorun Roma klubunda baş məşqçi kimi debütü uğurlu alınıb. Meydan sahibləri əsas vaxta əlavə olunmuş dəqiqələrdə qələbə topunu vurublar.
"Milan" səfərdə "Fiorentina"ya 2:1 hesabı qalib gəlib. Bu qələbədən sonra xalını 65-ə yüksəldən "rossoneyerilər" 2-ci pillədəki mövqelərini möhkəmlədiblər. "Yuventus" 59 xalla 3-cüdür.
Son çempion "Napoli" öz meydanında "Atalanta"ya 0:3 hesabı ilə məğlub olub.
İtaliya A Seriyası
30-cu tur
"Napoli" - "Atalanta" - 0:3
"Cenoa" - "Frozinone" - 1:1
"Torino" - "Montsa" - 1:0
"Latsio" - "Yuventus" - 1:0
"Fiorentina" - "Milan" - 1:2
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun