Qərb buna görə qorxu içindədir - Filippot

31 Mart 2024 09:38

Qərb ictimaiyyəti Rusiyanın Ukraynadakı qələbələrinə görə qorxu içindədir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Fransa Vətənpərvərləri Partiyasının lideri Florian Filippot X-da yazıb.

"Bütün şifahi atışmalar, silah tədarükü, müharibə iqtisadiyyatı ilə bağlı cəfəngiyyatlar, ödənilən milyardlarla avro yalnız sistemdəki ümumi panikanı ört-basdır etməyə yönəlib. Rusiya Ukraynadakı münaqişədə qalib gəlib, NATO isə məğlub olub. İndi sülh danışıqları yeganə ağlabatan qərar olaraq qalır", - Filippot bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun