Peru Prezidentinin evində axtarış aparıldı

31 Mart 2024 10:24

Peru Prezidenti Dina Boluartenin evində və dövlət başçısının iqamətgahında bəyan edilməmiş dəbdəbəli "Rolex" saat kolleksiyası işi ilə bağlı axtarış aparılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Qustavo Adrianzen açıqlayıb.

Bildirilib ki, Peru prokurorluğunun və xüsusi mürəkkəb işlərin araşdırılması şöbəsinin (Diviac) polis əməkdaşları baş hakimin orderi ilə yerli vaxtla saat 4:29-da (Bakı vaxtı ilə 13:29) prezidentin iqamətgahına gəliblər.

Nəşrin məlumatına görə, qapı prokurorluq nümayəndələrinin üzünə açılmadığından polislər qapını yarmalı olublar. Boluarte olmasa da, vəkilləri orada idi.

Prokuror Halvi Kolçado jurnalistlərə bildirib ki, iqamətgahda axtarış konfidensial şəkildə aparılacaq.

"Daha sonra prokurorluq müsadirə olunanlarla bağlı məlumat verəcək", - o vurğulayıb.

Xatırladaq ki, daha öncə Peru Baş Prokurorluğunun Prezident Boluartenin qanunsuz varlanması, eləcə də onun bəyan edilməmiş bahalı saatlara sahib olması ilə bağlı Ali Məhkəməyə sorğu göndərdiyi bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun