Qəbələ sakinini ilan sancdı

31 Mart 2024 10:12

Qəbələ sakinini ilan sancıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Böyük Əmili kəndində qeydə alınıb.

Kənd sakini 2004-cü il təvəllüdlü Salahov Uğur Müşfiq oğlu həyətyanı sahədə işləyərkən onu ilan sancıb.

Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılan şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun