Bakı sakini özünü bıçaqladı

31 Mart 2024 09:32

Bakının Sabunçu rayonunda intihara cəhd qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki,  hadisə Bakıxanov qəsəbəsində baş verib.

1988-ci il təvəllüdlü Anar Rəsulov yaşadığı evdə özünə bir neçə bıçaq zərbəsi endirib.

Yaralı yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun