Vatsapa daha bir funksiya əlavə olundu

31 Mart 2024 07:39

Android istifadəçiləri üçün Vatsapa daha bir funksiya əlavə olunub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vabetainfo" portalı məlumat yayıb.

Məlumata görə, yeni funksiyada yüksək keyfiyyətli videolar göndərmək imkanı əlavə edilib.

İstifadəçilər indi "Məlumat və yaddaş" bölməsinə keçid edərək, messencer parametrlərində "Media yükləmə keyfiyyəti" parametrinə malikdir. Onun köməyi ilə siz standart və HD keyfiyyət seçə bilərsiniz.

Qeyd edək ki, HD keyfiyyətini seçsəniz, faylın ölçüsü 6 dəfəyə qədər böyüyəcək və göndərilməsi daha uzun çəkəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun