TDT Mart soyqırımı ilə bağlı paylaşım etdi

31 Mart 2024 06:42

Türk Dövlətləri Təşkilatı 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü bağlı sosial şəbəkədə paylaşım edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, TDT-nin soyqırımının 106-cı ildönümü ilə əlaqədar paylaşdığı mətndə qeyd olunub:

"31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə azərbaycanlı qardaşlarımızla birlikdə bu faciəli hadisələrdə həyatını itirmiş bütün şəhidlərin xatirəsini dərin ehtiram və rəhmətlə yad edirik".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun