Rus ordusu Donetskə hücum etdi: ölü və yaralılar var

31 Mart 2024 01:14

Rusiya ordusu ötən gün Donetsk vilayətinin üç şəhərini atəşə tutub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Donetsk vilayət prokurorluğu məlumat yayıb.

Məlumata görə, Krasnoqorovka, Kuraxovo və Konstantinovkaya edilən hücum nəticəsində bir nəfər ölüb, altı nəfər isə yaralanıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun