Bakıda xanım sürücü maşını körpüdə əksinə sürdü - VİDEO

31 Mart 2024 00:43

Bakıda qadın sürücünün körpünün üzərində avtomobili hərəkət istiqamətinin əksinə sürməsini əks etdirən görüntülər yayılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

"Nissan" markalı avtomobilin qadın sürücüsü maşını Xətai rayonu ərazisində - Bakı Əyləncə Mərkəzinin qarşısından Babək prospektinə doğru salınmış körpünün üzərində əksinə sürüb. Onun bu hərəkəti ağır qəza riski yaradıb.

Həmin an lentə alınan videonu təqdim edirik:

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun