İsmayıllı-Lahıc avtomobil yolundan son xəbər - FOTOlar

30 Mart 2024 20:07

İsmayıllı-Lahıc avtomobil yolunda körpünün uçması səbəbindən gediş-gəlişdə yaranan çətinlik aradan qaldırılıb.

Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumatda bildirilir ki, hazırda körpü piyadalar və minik maşınları üçün açılıb. Müvəqqəti olaraq həmin yoldan iritutumlu yük maşınlarının istifadəsi isə tövsiyə olunmur.

Sözügedən körpünün uzunluğu 42, eni isə 7 metrdir. Həmin körpüdən İsmayıllı-Lahıc istiqamətində sakinlər gündəlik gəliş-gedişdə istifadə edirlər.

Qeyd edək ki, bu gün günorta saatlarında körpünün giriş istiqamətindəki 5 metrlik hissəsi uçub. Beton hissə dağıldığından asfalt örtüyü çöküb. Əraziyə İsmayıllı rayon 5 saylı xüsusi təyinatlı yol istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun