Məşhur müğənnidən qəribə açıqlama - "Sevgilim yadplanetlidir, 100 yaşı var"

30 Mart 2024 22:15

Son zamanlar astral səyahət etməsi ilə bağlı verdiyi açıqlamalarla gündəmdən düşməyən türkiyəli müğənni Yusuf Güney daha bir maraqlı fakir səsləndirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, qatıldığı teleproqramlardan birində Andromeda Qalaktikasındakı planetlərdən birində sevgilisinin olduğunu bildirib.

Yusuf "Yerdə sevgilim yoxdur. Andromedada bir qadına aşiqəm. O planetin insanları 900 il yaşayırlar, mənim sevgilimin 100 yaşı var, yerlə müqayisə eləsək, təxminən 20 yaş sayıla bilər" deyib.

Onun bu fikirləri sosial mediada birmənalı qarşılanmayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun