Zelenski müşavirlərini vəzifədən azad etdi

30 Mart 2024 12:54

Ukrayna Prezidenti Vladimir Zelenski müşaviri Sergey Şefiri vəzifəsindən azad edib.

Milli.Az APA-ya istinadən bildirir ki, o, bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, o, Sergey Şefirlə yanaşı daha 5 müşavirini də öz postundan uzaqlaşdırıb.

Qeyd edək ki, Sergey Şefir, eyni zamanda, Zelenskinin biznes tərəfdaşı olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun