Samet Aybabadan Juninyonun transferi ilə bağlı AÇIQLAMA

30 Mart 2024 11:35

"Beşiktaş" hazırda "Qarabağ"ın hücumçusi Olavio Juninyonu transferini planlaşdırmır.

Milli.Az xəbər verir ki, bunu İdman.Biz-ə istinadən bildirir ki, 

İstanbul klubunun idman direktoru Samet Aybaba deyib.

69 yaşlı funksioner "sambaçı"nı izlədiyini, "Qarabağ"la görüşdüyünü nə təsdiq, nə də təkzib edib. O, Juninyonun keçidi ilə bağlı bildirib ki, bu gün belə bir şey yoxdur.

Qeyd edək ki, Türkiyə mətbuatı Aybabanın "Qarabağ"la görüşdüyünü, Azərbaycan çempionunun hücumçunun transferi üçün onlardan 8 milyon avro istədiyini yazıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun