Azərbaycana bir ay ərzində 14 ton at əti gətirilib - RƏSMİ AÇIQLAMA - VİDEO

30 Mart 2024 09:13

Azərbaycana at əti idxal edilir. Təkcə yanvar ayında ölkəyə 14,53 ton at əti gətirilib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Dövlət Statistika Komitəsinin rəsmi səhifəsində isə sözügedən rəqəmlərin əks olunduğu cədvəl yerləşdirilib. Yəni yayılan məlumatlar rəsmidir.

Bu zaman sual yaranır. Bəs ölkəyə gətirilən at əti nədə istifadə edilir?

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Dövlət Gömrük Komitəsi (DGK) məsələyə aydınlıq gətirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun