Azərbaycanın bu şəhərində işıq olmayacaq – XƏBƏRDARLIQ

30 Mart 2024 00:51

Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində 30 mart 2024-cü il tarixində saat 9:00-dan saat 17:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən bildirilib.

Qurum istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə sözügedən ərazidə yenidənqurma işləri həyata keçirəcək. Görülən yenidənqurma işləri gün ərzində yekunlaşdırılaraq elektrik enerjisinin verilişi tam təmin ediləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun