Moldova səfiri Rusiya XİN-ə çağırıldı

29 Mart 2024 20:24

Moldovanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Açıqlamada Moldovanın Moskvadakı səfiri Lilian Dariusun cümə günü rusiyalı diplomatın ölkədən çıxarılmasına və Rusiya nümayəndə heyətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının konfransının sessiyasına buraxılmamasına etiraz olaraq ölkənin Xarici İşlər Nazirliyinə çağırıldığı qeyd olunub.

Rusiya XİN-dən bildirilib ki, Moskva cavab tədbiri olaraq Moldovanın ölkədəki səfirliyinin əməkdaşını "persona non-qrata" elan edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun