Uzunluğa tullanma üzrə ikiqat dünya çempionu Yunis Barber Parisə gedən qatarda döyülüb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, fransız sərxoş kişinin hücumuna məruz qalıb. Bu barədə "L'Equipe" məlumat yayıb.
Paris qatar stansiyalarından birində kişi telefonla çox yüksək səslə danışıb. Barber ətrafı narahat etdiyi üçün ondan daha sakit danışmasını istəyib. Lakin həmin şəxsin reaksiyası qəzəbli olub.
O, qadına yaxınlaşaraq üzünə iki zərbə endirib. Veteran atlet almacıq sümüyündən xəsarət alıb. Üstəlik, ona hücum edən təcavüzkar sərxoş olub.
Barber polis bölməsinə yollanıb və döyüldüyünü bildirib. Paris polisi dərhal hərəkətə keçib və həmin şəxsi həbs edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun