Tacikistanda “Crocus" hadisəsinə görə 9 nəfər saxlanıldı

29 Mart 2024 16:05

"Crocus City Hall"da törədilən terror aktı ilə bağlı Tacikistanda 9 nəfər saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki,  bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Şübhəlilər terrorçulardan ikisinin yaşadığı Vəhdət şəhərində saxlanılıb. Saxlanılanlar "Crocus"a hücuma görə məsuliyyəti üzərinə götürən İŞİD-in "Vilayəti-Xorasan" qolu ilə əlaqədə şübhəli bilinirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun