Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur

28 Mart 2024 20:32

Ərazi bütövlüyü və suverenlik tam bərpa olunduqdan sonra Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xİdmətinin (DTX) rəisi Əli Nağıyev qurum 105 illiyi ilə əlaqədar keçirilən təntənəli tədbirdə deyib.

Xidmət rəisi regionda yaranmış vəziyyəti öz xeyrinə dəyişmək istəyən və bölgənin yenidən münaqişə ocağına çevrilməsinə çalışan bəzi dairələrin təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətini, casus şəbəkəsi yaradaraq ölkəmizin milli təhlükəsizliyinin zərərinə hesablanmış müxtəlif planları həyata keçirmə cəhdlərini diqqətə çatdırıb.

Onun sözlərinə görə, DTX ölkənin təhlükəsizliyinə yönələn bu kimi təhdidləri dəf etmək üçün bütün qüvvə və vasitələrini səfərbər edərək belə hallarla mübarizəsini bundan sonra da inamla davam etdirəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun