"Tottenhem"in braziliyalı forvardı Rişarlison intihar etmək istədiyini deyib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, futbolçu bu etirafını ESPN-ə müsahibəsində açıqlayıb.
Buna Braziliya millisinin DÇ-2022-dəki uğursuz çıxışı səbəb olub. "Sambaçılar"ın 1/8 finalda Xorvatiyaya məğlubiyyəti Rişarlisonda depressiya yaradıb.
Hücumçu bildirib ki, onu bu vəziyyətdən psixoloq çıxarıb: "2022-ci il çıxış etdiyim ilk dünya çempionatım idi. Pik formada idim. Uğursuzluqdan sonra həyatın bitdiyini düşünürdüm. İnternet vasitəsi ilə özünəqəsd videolarını axtarırdım. Sizə də məsləhət görürəm, düşdüyünüz çətin vəziyyətdən çıxmaq üçün psixoloq axtarın. Psixoloqa ehtiyacınız varsa, mütləq ona müraciət edin. Çünki psixoloqla danışan zaman özünüz olmağa başlayırsız".
Qeyd edək ki, DÇ-2022-nin qalibi Argentina millisi olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun