Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən narahatdır

28 Mart 2024 12:18

Ermənistan, Avropa İttifaqı və ABŞ arasında yüksək səviyyəli görüş Rusiyada narahatlıq doğurur.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O, aprelin 5-də gözlənilən Ermənistan-Aİ-ABŞ görüşü ilə bağlı Teleqram səhifəsində paylaşım edib.

O bildirib ki, bu cür tədbirlər Rusiyada narahatlıq doğurur:

"Çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas istiqaməti yalnız Rusiyaya qarşı olmaqdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun