Əgər dünya kubokunu qazanmasaydım... - Messi

28 Mart 2024 07:24

Dünya kubokunu qazanmaq özümüz, ailələrimiz və bütün ölkə üçün bir möcüzə idi.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın "İnter Mayami" komandasının futbolçusu Lionel Messi bildirib.

"Əgər titul qazanmasaydıq, yəqin ki, mən milli komandanı tərk edərdim. Amma şadam ki, bunu bacardıq və Argentinaya daha bir qələbə qazandırdıq", - Messi deyib.

Qeyd edək ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisi finalda Fransanı məğlub edərək (3:3, penaltilər - 4:2) çempion olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun