Dilənçi ona pul verməyən qadını bıçaqladı - ANBAAN VİDEO

27 Mart 2024 14:50

Türkiyənin Aydın şəhərinin Nazilli rayonunda dilənçi ona pul verməyən qadını bıçaqlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, restoranlardan birində baş verən hadisədə uşağı ilə dilənən Hayriye Kırbaş yemək yeyən Serap Güçlüdən pul istəyib.

S. Güçlünün pul verməməsi mübahisəyə səbəb olub. Bu zamanı dilənçi qadın bıçaqla masada oturan Güçlüyə sağ ayağından xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb. Hadisə yerindən qaçan dilənçi qadın isə qısa müddətdə yaxalanıb. Hadisə anı restoranın təhlükəsizlik kamerasına düşüb.

Həmin videonu təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun