Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

27 Mart 2024 13:41

Fələstin tərəfdarları Pentaqonun rəhbəri Lloyd Ostinin evinin yaxınlığında peyin səpiblər.

Milli.Az unikal-a istinadən xəbər verir ki,  bu barədə "Politico" nəşri məlumat yayıb. 

Məlumata görə,  nümayişçilər ABŞ müdafiə nazirinin evinin yaxınlığında toplaşaraq şüar səsləndiriblər.  

Pentaqonun sözçüsü də təfərrüatları açıqlamadan Ostinin evinin yaxınlığında "kiçik etiraz"ın keçirildiyini təsdiqləyib.

Bundan əvvəl naməlum şəxs ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın evinə peyin səpib və polis müdaxilə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun