Qırğızıstanın sabiq vəzifəli şəxsi Azərbaycanda həbs edildi

27 Mart 2024 09:33

Beynəlxalq axtarışa verilmiş Qırğızıstan gömrük xidmətinin sabiq rəis müavini Rayımbek Matraimov Azərbaycanda həbs edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, saxlanılan şəxs artıq Bişkekə aparılıb.

Rayımbek Matraimov qanunsuz həbslərin həyata keçirilməsində və çirkli pulların yuyulması ilə bağlı cinayət işlərində iştirakda ittiham edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun