Göygöldə iki bacı dəm qazından zəhərlənib

26 Mart 2024 23:22

Göygöl şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, 2013-cü il təvəllüdlü N.Atayeva və 2017-ci il təvəllüdlü S.Atayeva yaşadıqları evdə dəm qazından zəhərlənib.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun