Bu tanınmış şəxs də "Krokus"da həlak olub - FOTO

26 Mart 2024 20:57

"Krokus Siti Holl"da törədilən terror aktı zamanı Rusiyanın Xarici İşlər Nazirliyinin Linqvistik Təminat Departamentinin əməkdaşı Tatyana Repina da həlak olub.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat verib.

Bildirilib ki, Tatyana Repina DLO-nun birinci dərəcəli mütəxəssisi olub. Rusiyanın Xarici İşlər Nazirliyi mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.
Xatırladaq ki, Moskva vilayətində yerləşən "Krokus Siti Holl" konsert zalında baş verən terror atkı zamanı 139 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun