"3+3" formatı üzrə növbəti görüş bu il baş tuta bilər.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
Səfir qeyd edib ki, regiondakı problemlərin həlli üçün ən faydalı format "3+3" formatıdır.
O bildirib ki, digər dövlətlərin müdaxiləsi vəziyyəti gərginləşdirməklə yanaşı, Cənubi Qafqazda eskalasiyanı da artırır.
Diplomat Gürcüstanın da bu formatda iştirakına ümid etdiyini bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun