Teleqramdan istifadəçilərə Xəbərdarlıq

26 Mart 2024 18:18

Pulsuz "Telegram Premium" abunəsi təklif edən proqramda iştirak istifadəçi məlumatlarının təhlükəsizliyinə yol aça bilər. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Skynews" məlumat yayıb.

Qeyd olunub ki, birdəfəlik parolları alanlar göndərənin telefon nömrəsini görəcəklər.

Teleqram veb-saytı bildirir ki, messencerin administrasiyası proqram iştirakçısının telefon nömrəsindən xəbərdar olan istifadəçilər tərəfindən törədilən hər hansı narahatlıq, təqib və ya zərərə görə məsuliyyət daşımır.  

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun