Rusiyada ölüm hökmünə qoyulan moratoriumun ləğvi üçün referendum keçirilməsinə ehtiyac yoxdur.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
"Konstitusiyamızda və cinayət qanunvericiliyində ölüm hökmünü heç kim ləğv etməyib, belə bir hökmün verilməsini təxirə salan Konstitusiya Məhkəməsinin qərarı var, ona görə də hər hansı referenduma ehtiyac yoxdur. Bu məsələ bağlı Konstitusiya Məhkəməsinin qərarı kifayətdir", deyə Volodin dumada ölüm hökmünün bərpası haqqında gedən müzakirələr zamanı qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun