İranla Gürcüstan viza rejimini ləğv edir

22 May 2010 11:14
Milli.Az MIGnews.com saytına istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi Ramin Mehmanpərəsət bildirib. "Tehranla Tbilisi arasında viza rejiminin ləğvinə dair danışıqlar artıq başlayıb və prosesin təxminən 3 aya başa çatması nəzərdə tutulub. Ondan sonra iki ölkə arasında vizasız rejim qüvvəyə minəcək", - deyə nazirlik rəsmisi bildirib.

Milli.Az