Londonda fermerlər mitinq keçirdi

26 Mart 2024 08:25

Böyük Britaniya fermerləri İngiltərə paytaxtının mərkəzi küçələrində 150-dən çox kənd təsərrüfatı avadanlığı yığaraq, aqrar məhsulların ucuz idxalına qarşı etiraz aksiyası keçiriblər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Teleqraf" qəzeti məlumat yayıb.

Qeyd edilir ki, 150-dən çox fermer texnikası ilə Vestminsterin (Londonun mərkəzi-red) gördüyü ən səs-küylü etiraz aksiyalarından birini təşkil edib.

Qəzetin yazdığına görə, fermerlərin narazılığına səbəb ölkəyə gətirilən kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı olmasıdır ki, bu da yerli biznesə "fəlakətli təsir" göstərir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun