33 yaşlı qadın dəm qazından zəhərləndi

25 Mart 2024 22:19

Ağstafada zəhərlənmə faktı qeydə alnıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Zəlimxan kəndində baş verib.

1991-ci il təvəllüdlü Əsli Süleymanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə 33 yaşlı qadın yaşadığı evdə dəm qazında zəhərlənib.

Milli.Az