“Crocus”dakı terrorla Ukraynanın əlaqəsi var? - Aİ-dən açıqlama

25 Mart 2024 16:04

Avropa İttifaqının Moskvada "Crocus City Hall"da baş vermiş terror aktı ilə Ukraynanın əlaqəsi ola biləcəyinə dair heç bir sübutu yoxdur.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Brüsseldə keçirdiyi mətbuat konfransında Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano deyib.

"Əlbəttə, biz tamamilə rədd edirik. Ukraynanın əlaqəsi olduğuna dair heç bir əlamət yoxdur", - o deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun