Papikyan çıxış etdi, hər kəsin telefonu əlindən alındı

25 Mart 2024 14:36

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının qapalı iclası keçirilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, iclas iştirakçıları Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Xidmətinin 2023-cü il büdcəsinin icrasına dair hesabatı müzakirə ediblər.

Bildirilib ki, müdafiə naziri Suren Papikyanın çıxışından öncə iclasda iştirak edənlərin telefonları əllərindən alınıb.

"Zəhmət olmasa, bütün telefonları seyfə qoyun ki, düşmənlər görüşümüzü dinləməsin", - müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın rəhbəri Andranik Köçəryan bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun