İŞİD-in "Crocus"dakı terror aktında əli var?

25 Mart 2024 13:55

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov İŞİD qruplaşmasının "Crocus City Hall"dakı terror aktında əli olması ilə bağlı versiyanı şərh etməyib.

Milli.Az APA-ya istinadən bildirir ki, Kremlin sözçüsü diqqəti Rusiya hüquq-mühafizə orqanlarının məlumatlarına yönəltməyə çağırıb.

Qeyd edək ki, sosial şəbəkələrdə məlum terror aktının İŞİD terror qruplaşması tərəfindən törədildiyinə dair videogörüntü yayılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun