Klub prezidenti qəza törətdi, ölən var

25 Mart 2024 13:10

Türkiyənin "Kayserispor" klubunun prezidenti Ali Çamlı yol-nəqliyyat hadisəsi törədib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun idarə etdiyi avtomobil elektrikli velosipedlə toqquşub.

Velosipedin sürücüsü 60 yaşlı Suriya vətəndaşı ağır yaralanıb. İbrahim adlı şəxs xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Handisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun