Kadir İnanırın vəziyyəti açıqlandı

25 Mart 2024 12:23

Dünən xəstəxanaya yerləşdirilən "Yeşilçam"ın ustad aktyorlarından olan Kadir İnanırın son durumu açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Türkiye" məlumat yayıb.

Qeyd olunub ki, insult keçirən sənətçi əməliyyat olunub. 

​​​​Xəstəxanadan verilən məlumata görə, hazırda aktyorun vəziyyəti stabildir.

Sənətçinin qardaşı oğlu Levent İnanır onun yaşam təhlükəsinin olmadığını bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun