Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşamış, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlu ilə bağlı dəhşətli faktlar üzə çıxıb.
Milli.Az Dövlət Təhlükəsizliyi Xidmətinin yaymış olduğu məlumata istinadən xəbər verir ki, Bəhruz Əsgərov Livanda hərbi təlim keçməyi də planlaşdıırb. Onun sözlərinə görə o, xüsusi tapşırıq alaraq xarici dövlətin ərazisində hərbi təlimlər keçirməyə qərar verib. "Liava getməyimin səbəbi erməni lobbisi ilə görüşməkdir. Erməni lobbisi orada güclüdür. Bugün danışdım, mənə elektron vasitə ilə bilet alıblar. İki gündən sonra ora gedirəm." deyə ələ keçirilən səsyazmasında qeyd olunub.
Həmin görüntüləri təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun