Ötən illərlə müqayisədə aviabiletlər ucuzlaşıb, amma yay ayları üçün olan tur-səyahət qiymətləri bahalaşıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, turizm üzrə ekspert Rəhman Quliyev bildirir ki, ötən il Türkiyə şəhərlərinə gediş-gəliş qiyməti 750-800 manat olan aviabiletlər indi 450-550 manat arasında dəyişir. Bununla belə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tur-səyahət bahalaşır. Turistlər əsasən yeddi gecə, səkkiz günlük paketlərə üstünlük verirlər. Ötən il ilə müqayisədə indi qiymətlər artıb.
Bahalaşma Gürcüstan istiqamətində təklif edilən tur-səyahətdə də müşahidə edilir.
Ekspert qeyd edib ki, yay aylarına doğru tələb çox olacağından aviabilet qiymətlərində bahalaşma ola bilər.
Ətraflı süjetdə:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun