Elə vəziyyət yaratmalıyıq ki, müharibə… - Paşinyan

24 Mart 2024 18:33

Biz sülh haqqında çox danışmalıyıq, lakin unutmamalıyıq ki, bu, təkcə bizim qərarımızdan asılı deyil. Biz elə bir vəziyyət yaratmaq istəyirik ki, müharibə mümkünsüz olsun.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan dünən Gümrüdə Mülki Müqavilə Partiyasının təşəbbüs qrupu ilə görüşündə deyib.

"Bunun başlayıb-başlamayacağını deyə bilmərik. Bizim siyasi məqsədimiz belədir: bu ölkə ətrafında elə bir vəziyyət yaratmalıyıq ki, müharibə sadəcə qeyri-mümkün olsun. Bu, çox çətin məsələdir", - o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun