Braziliyada dəhşət - Ölən və itkin düşənlər var - FOTO

24 Mart 2024 13:20

Braziliyanın Rio-de-Janeyro şəhəri və Espiritu Santo əyalətlərində güclü yağışların səbəb olduğu torpaq sürüşmələrində 12 nəfər həyatını itirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, səlahiyyətlilər tərəfindən edilən açıqlamada, son 24 saat ərzində güclü yağışlar səbəbindən sürüşmələrin olduğu və bəzi bölgələrdə təxliyə işlərinə başlanıldığı bildirilib.

Hadisə zamanı itkin düşənlərin olduğu da deyilir.

Rio-de-Janeyro şəhərində şiddətli tufan və tornado səbəbindən "fövqəladə vəziyyət" elan edilib.

Bildirilib ki, Petropolis şəhərində bəzi evlər dağılıb, 500 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.

Meteorologiya xidmətinin verdiyi açıqlamada güclü yağış və tufanların bir müddət də davam edəcəyi açıqlanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun