Rusiyada ağır qəza 3 ölü, 16 yaralı

24 Mart 2024 11:16

Rusiyanın Yuqra şəhərində sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada 13 nəfər xəsarət alıb, 3 nəfər ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Yuqra Səhiyyə Departamentinin direktoru Aleksey Dobrovolski öz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, avtobusun "Niva" markalı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində 16 nəfər yaralanıb, 3 nəfər ölüb. Ölənlər minik avtomobilində olan şəxslərdir.

Qəzanın baş vermə səbəbi araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun