Dortmundda daha 1 qızıl medal

24 Mart 2024 10:00

Almaniyanın Dortmund şəhərində güllə atıcılığı üzrə keçirilən ISAS 2024 beynəlxalq turnirində Azərbaycan millisi daha bir medal qazanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, yığmanın snayperi Zeynəb Sultanova 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada hədəfə düşüb.

O, daha sərrast olaraq qızıl medal qazanıb.

Qeyd edək ki, millimiz daha öncə 3 qızıl, 2 gümüş və 1 bürünc medala yiyələnib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun