Almaniyada İŞİD təhlükəsi barədə xəbərdarlıq edildi

24 Mart 2024 08:21

Almaniyanın federal daxili işlər naziri Nensi Fazer ölkənin İŞİD tərəfindən böyük təhlükə ilə üzləşdiyini bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə nazir "Süddeutschen Zeitung" qəzetinə müsahibəsində deyib.

Fazer aydınlaşdırıb ki, söhbət İŞİD terrorçu qruplaşmasının regional qolu - Xorasandan gedir. Nazir vurğulayıb ki, islamçı terrorizm təhlükəsi hələ də aktualdır.

Qeyd edək ki, Qərb ölkələri "İslam Dövləti-Xorasan" qruplaşmasını "Crocus City Hall"da baş verən terroru törətməkdə şübhəli bilirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun