Krımda partlayış səsləri

24 Mart 2024 01:32

23 mart 2024-cü il şənbə günü axşam saatlarında Krımda eyni anda bir neçə yerdə güclü partlayış səsləri eşidilib.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna mediası yazıb.

Qeyd olunur ki, ruslar Sevastopol və Cankoydakı hərbi hissələrdə hava hücumu siqnallarını işə salıblar.

Məlumatda yalnız Sevastopolda 6 güclü partlayış olduğu vurğulanıb.

Belbok aerodromunun yaxınlığında 3 partlayış baş verdiyi, Simferopol hava limanı yaxınlığında isə güclü yanğın olduğunu bildirir.

Hələlik rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, az öncə Krım körpüsü təhlükəsizlik səbəbi ilə bağlanmışdı.

Milli.Az